logo

Şəhid ailələrinə əməkhaqqı gəlirlərindən vergi güzəşti planlaşdırılır

14:34 09-12-2022 | icon 2303
Şəhid ailələrinə əməkhaqqı gəlirlərindən vergi güzəşti planlaşdırılır

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, məcəlləyə 5 istiqamətdə 42 dəyişiklik edilməsi nəzərdə tutulub.

Təklif olunan qanun layihəsində işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur.

Məcəllədə, eyni zamanda, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər də yer alıb. Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi planlaşdırılır.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.