logo

Qırğızıstandan Azərbaycana 100 baş yak göndərilib

13:53 09-12-2022 | icon 2317
Qırğızıstandan Azərbaycana 100 baş yak göndərilib

Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 100 baş yak göndərib.

YeniAvropa “Kabar” agentliyinə istinadla xəbər verir ki, Azərbaycana 100 baş yak göndərilməsi barədə razılaşma 2022-ci il aprelin 19-20-də Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı əldə edilib.

Qırğızıstan Milli Statistika Komitəsinin 1 yanvar 2022-ci il üçün olan məlumatına görə, respublikadakı yakların ümumi sayı 53,9 min baş olub.