logo

Xaçmazda göbələkdən  zəhərlənən 2 qadından 1-i ölüb

09:29 09-12-2022 | icon 1806
Xaçmazda göbələkdən  zəhərlənən 2 qadından 1-i ölüb

Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Şimal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva zəhərlənmə diaqnozu ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Roza Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.