Sibir antisiklonu Azərbaycanda soyuq hava şəraitinə səbəb olub
Dekabr ayının ilk ongünlüyündən ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslər müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva YeniAvropa-ya bildirilib ki, ölkədə tutqun-buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir. Keçən ilin müvafiq dövründə havanın temperaturu xeyli yüksək olub, cəmi 2 gün yağış qeydə alınıb: “Bu il Mərkəzi Rusiyanı əhatə edən çox soyuq Sibir antisiklonunun cənub-şərqə hərəkəti ölkəmizdə də hava şəraitinə öz təsirini göstərib, temperaturun iqlim norması ilə müqayisədə 4.7 dərəcəyədək enməsinə səbəb olub. Atmosfer təzyiqi 777 millimetr civə sütunu olub ki, bu da normadan xeyli yüksəkdir”.
Xidmət rəisi qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti, Şahdağda isə 17 dərəcəyədək şaxta olub. Müqayisə üçün qeyd edək ki, son illərin müşahidə məlumatlarına əsasən, Bakıda və Abşeron yarımadasında dekabr ayı ərzində havanın minimal temperaturu 2016-cı ildə 4.2 dərəcə şaxta olub.
“Dekabr ayının ötən 8 günü ərzində artıq bəzi rayonlarda yağıntının miqdarı hətta aylıq normanı aşıb, Tovuzda 146 faiz, Beyləqanda 108 faiz, Lerikdə 100 faiz təşkil edib. Bakıda və Abşeron yarımadasında 16 millimetr yağıntı düşüb, bu da yarımaylıq normaya yaxındır. Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 83 faizədək, Daşkəsən-Gədəbəydə 90 faiz, Balakən-Şəki zonasında 65 faizədək, Quba-Xaçmazda 70 faizədək, Mərkəzi Aran rayonlarında 66-90 faiz, Lənkəran-Astara zonasında aylıq normanın 73 faizinədək olub”.
U.Tağıyevanın sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, dayanıqlı qar örtüyü əmələ gəlib. Qar örtüyünün maksimal hündürlüyü dekabrın 7-də Daşkəsəndə 13, Şuşada 15, Altıağacda 11, Laçın, Xocavənd, Kəlbəcər və Göygöldə 10, Şəkidə 8, Qaxda 6, Lerikdə 5, Gədəbəy, Qubada 3, Ağdərə (Ordubad), Şamaxı, Şahdağ, Qrız, Xaltanda 2, Qusar, Yardımlı, İsmayıllı, Qobustanda 1 santimetr olub.
“Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək”, deyə U.Tağıyeva bildirib.
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub
Kimlərə Azərbaycanda daimi yaşamaq icazəsi veriləcək?
Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir
Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün tələblər sərtləşdirilir
Paytaxt sakini 5 nəfərin bank hesabından 4 min manat oğurlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
FHN-in növbəti xilasetmə qrupu Türkiyəyə yola düşüb
Qaxda 45 sm qar yağıb
Paytaxtda tələbə yataqxanasında qətl törədilib
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 59-cu günü
Türkiyədə zəlzələdən ölənlərin sayı 5400 nəfəri ötüb,31 mindən çox yaralı var
Heydər Əliyev Mərkəzi Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşı orden və medallarla təltif edilib
“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir
Zelenski Ərdoğana zəng edib
Azərbaycan növbəti yardımları və xilasetmə qrupunu Türkiyəyə göndərir
Bu gün Azərbaycanda 298 doza vaksin vurulub
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub
SOCAR gözlənilən kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bir qrup QHT sədri Türkiyədəki zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib
Tütün məmulatları və alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndirilir