logo

Sabah Bakıda yağış, bəzi  bölgələrdə isə qar yağacaq

13:53 06-12-2022 | icon 1218
Sabah Bakıda yağış, bəzi  bölgələrdə isə qar yağacaq

Azərbaycanda dekabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacağı bildirilir. Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.