“Lenovo” Bakıda regional mərkəz yaradır
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqonun rəhbərlik etdiyi aparıcı beynəlxalq “Lenovo” texnoloji şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) YeniAvropa-ya bildirilib ki, görüş zamanı nümayəndə heyətinin rəhbəri şirkətin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirilib ki, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri və digər müasir texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Lenovo” 180-dən çox bazarda fəaliyyət göstərir.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, şirkətin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək. Eyni zamanda, Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo” şirkətinin nümayəndələrinə hökumətin IT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması barədə məlumat verib.
Nazir vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan IT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.
Məlumat üçün bildirək ki, bu günlərdə Bakıda RİNN-in dəstəyi ilə beynəlxalq IT istehsalçılarının nümayəndələrini və Azərbaycanın korporativ sektorunun 200-dən çox təmsilçisini bir araya gətirən “Lenovo Day Baku” adlı tədbir keçirilib.
İştirakçılar regionda rəqəmsal biznes transformasiyasının tendensiyalarını və mövcud problemləri müzakirə ediblər. Tədbir çərçivəsində Azərbaycanda müəssisələrin rəqəmsal ekosistemlərini dəstəkləmək üçün uğurla tətbiq olunan texnoloji həllər və yeni biznes modelləri təhlil olunub.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb