logo

Zakir Həsənovla Hulusi Akar “Yüksək səviyyəli müşahidəçi günü”ndə 

12:36 06-12-2022 | icon 812
Zakir Həsənovla Hulusi Akar “Yüksək səviyyəli müşahidəçi günü”ndə 

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimin dekabrın 6-da “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

 YeniAvropa xəbər verir ki,  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər qoşun növlərinin komandanları təlimləri izləmək üçün poliqona gəliblər.

Birgə taktiki təlimlərdə hər iki ölkənin ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıblar. Həmçinin hərbçilərimiz qardaş ölkələrimizin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdiriblər.