logo

Sabah Bakıda sulu qar yağacaq

13:36 05-12-2022 | icon 1309
Sabah Bakıda sulu qar yağacaq

Azərbaycanda dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 3-5° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-11°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 3-8° şaxta olacağı bildirilir.

Gecə və səhər dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması ehtimalı var.