logo

Naxçıvan Baş Gömrük İdarəsinin saxlanılması 20 milyon manata başa gələcək

11:33 05-12-2022 | icon 1645
Naxçıvan Baş Gömrük İdarəsinin saxlanılması 20 milyon manata başa gələcək

Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturunda dəyişiklik edilərək Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv olunub. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Yeni yaradılmış Baş İdarənin maliyyələşdirilməsi Muxtar Respublikasının deyil, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həyata keçirilməlidir.

YeniAvropa xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasında deyib.

O bildirib ki, bununla bağlı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bir sıra dəyişikliklər edilməsinə zərurət yaranıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının gəlirləri təmin edilən ləğv olunmuş komitənin xətti ilə 53,2 milyon manat daxilolmalar hesabına dövlət büdcəsinə aid edilməsi zərurəti yaranır. Həmçinin Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Dövlət Gömrük Komitəsinin bazasında yaradılmış Baş İdarəsinin saxlanılması üçün tələb olunan 20,1 milyon manat, avtomobil yolları məqsədli büdcə fondu xərclərinə 0,5 milyon manat, cəm olaraq 20,6 milyon manat vəsait Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərclərindən azaldılaraq Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılması zərurətini yaradıb.