logo

Dağıstanda Xəzər sahilində 700-dək suiti leşi aşkarlanıb

16:58 03-12-2022 | icon 1435
Dağıstanda Xəzər sahilində 700-dək suiti leşi aşkarlanıb

Xəzər dənizinin Dağıstan Respublikası ərazisindəki sahilində 700 suiti leşi aşkar olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mahaçqala şəhərinin Kirov rayonu ərazisində Xəzər sahilində 700-ə qədər suiti leşi aşkar edilib. Mütəxəssislər məhv olmuş suitilərin sayının arta biləcəyini ehtimal edirlər.

Dəniz heyvanlarının hansı səbəbdən məhv olduğunu müəyyən etmək üçün hazırda laboratoriya tədqiqatları aparılır.