logo

Yunanıstan Azərbaycandan qaz idxalını artıracaq

18:48 01-12-2022 | icon 2100
Yunanıstan Azərbaycandan qaz idxalını artıracaq

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Xəzər dənizini İtaliya ilə birləşdirən Trans-Adriatik boru kəmərinin (TAP) Azərbaycandan böyük həcmdə təbii qaz idxalı üzrə fəaliyyətinin genişləndirilməsinin nəzərdən keçirildiyini deyib.

YeniAvropa Yunan KİV-inə istinadla xəbər verir ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istismara verilməsi regionu daha perspektivli, enerji təhlükəsizliyini təmin edəcək gələcəyə doğru aparır.