Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyi yaradılır
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci arasında görüş keçirilib.
AQC-dən YeniAvropa-ya bildirilib ki, Vüqar Oruc Cəmiyyətin fəaliyyəti barədə türkiyəli həmkarına məlumat verib.
Qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir və 1999-cu ildən fəaliyyət göstərir. Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan AQC sədri əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətindədir.
Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. O diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında əməkdaşlıq gücləndirilməlidir: “Məlumdur ki, son dövrlər iki qardaş dövlət - Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanır. Bu gün biz də belə bir tarixi sənədə imza atacağıq. Şadam ki, azərbaycanlı həmkarımla bir araya gəldik”.
Görüş çərçivəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Razılaşmaya əsasən, iki qardaş ölkə arasında qiymətləndirmə sertifikatlarının qarşılıqlı tanınması, bərabər layihələrin icra edilməsi qərara alınıb. Daha bir mühüm məqam isə Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin ərsəyə gətirilməsi ilə bağlıdır. Qiymətləndirmə sahəsində türk dövlətlərinin inteqrasiyasını təmin etmək məqsədilə Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edilməsi barədə tərəflər razılığa gəliblər. Yeni yaranacaq birliyə Mərkəzi Asiyadakı türk dövlətləri və Şimali Kipr Türk Respublikasının da qoşulmalarını təmin etmək üçün birlikdə fəaliyyət göstərilməsi razılaşdırılıb.
İrandakı səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub
Narkotika daşıyan kuryer şirkətinin əməkdaşları saxlanılıblar
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüblər
Azərbaycandan Rumıniyaya 1 milyard m3 qaz nəqlinə dair Saziş imzalanıb
Azərbaycanın Aİ-nin bərpaolunan enerji ixracatçısına çevrilmək potensialı var
Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir
Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Rumıniya prezidentinin Azərbaycana səfəri başa çatıb
Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq
Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı 100 il kifayət edəcək-İlham Əliyev
Azərbaycan cari ildə 24,5 milyard m3 qaz ixrac edəcək
Rumıniya əlavə həcmdə Xəzər qazı almaqla maraqlıdır
Sabah Bakıda 9° isti olacaq
İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib
Lənkəranda gözəllik salonundan 12 kq narkotika və saxta ABŞ dollarları aşkarlanıb
Avropaya qaz ixracımızı artırmaq üçün resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə etimadımız var-İlham Əliyev
Azərbaycan enerji təchizatının davamlı şaxələndirilməsinə hazırdır
Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir
Şimal rayonlarına qar yağır: Qrızda mənfi 8,5 ° şaxta var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Rusiyanın heç bir hücumu cavabsız qalmayacaq-Zelenski
Qaxda qar örtüyünün hündürlüyü 19 santimetrə çatır
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 54-cü günü
Azərbaycan Paris “Böyük dəbilqə”sində 9 cüdoçu ilə təmsil olunacaq