logo

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub,1 nəfər öldü

16:32 01-12-2022 | icon 4186
Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxub,1 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 48 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 148 nəfər müalicə olunaraq sağalıb, 9 min 981 nəfər vəfat edib. Aktiv xəstə sayı 256 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1840, bu günə qədər isə ümumilikdə 7 milyon 377 min 282 test icra olunub.