logo

Sinoptiklərdən xəbərdarlıq: 4 gün yağıntılı hava hökm sürəcək

14:34 01-12-2022 | icon 1302
Sinoptiklərdən xəbərdarlıq: 4 gün yağıntılı hava hökm sürəcək

Dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, arabir 15-17 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 2-3° enərək 5-8° isti olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək, arabir 15-17 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 2-3° enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı bildirilir.

Çaylarda sululuğun artacağı ehtimal edilir.