logo

Altıağacda 9 sm qar yağıb

10:10 01-12-2022 | icon 1428
Altıağacda 9 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 1-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Lənkəran-Astarada intensiv xarakterli olub.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Altıağacda 9, Şahdağda 3, Qrız, Xaltan, Qusar, Qaxda 2 santimetr, Qobustan, Quba, Şəki, Göygöldə 1 santimetr təşkil edib.

Düşən yağıntının miqdarı Lənkəranda 26, Lerikdə 25, Astarada 19, Göytəpədə 11, Qəbələdə 10, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8, Göyçayda 7, Culfa, Ağdamda 6, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən, Qusar, Ağstafa, Qrız, Naftalanda 5 millimetrədək, Bakıda 8, Maştağada 6, Binədə 5, Pirallahıda 4, Sumqayıtda 3 millimetrədək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətli fasilə olacağı gözlənilir.