logo

Dekabrın əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcək

09:54 01-12-2022 | icon 973
Dekabrın əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, dekabrın əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərə qar yağacağı, havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından 1-3° enəcəyi ehtimal edilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-8°, gündüzlər 8-11° isti, bəzi günlərdə 13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 24-34 millimetr) bir qədər çox olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-3° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 5-10° şaxta, gündüzlər 5-10°, bəzi günlərdə 13° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 millimetr) olacağı ehtimal edilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-3° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 3-8° isti, bəzi günlərdə 3°-dək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 millimetr) olacaq.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 3-6° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 0-4° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-32 millimetr) olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 0-5° isti, bəzi günlərdə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüzlər 5-10° isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-7° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 3-8° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 4-8° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 3-8° isti, bəzi günlərdə 0°-yə yaxın, dağlarda 5-10° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 13° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 46-106 millimetr) isə bir qədər normadan çox olacağı ehtimalı var.