1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
YeniAvropa xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerika Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Ölkəmizdə QİÇS xəstəsi ilk dəfə 1987-ci ildə qeydə alınıb. Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata görə, bu ilin on ayında immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 8 min 500 xəstə qeydiyyata alınıb. Onlardan 5 min 903 nəfəri kişi, 2 min 597 nəfəri qadındır. Son 10 ayda ölkədə İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Onların da 68 faizi kişi, 32 faizi isə qadındır.
Dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir. Rəsmi statistikaya görə, hazırda dünyada İİV-lə yaşayan 38,4 milyon insan var. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən həyatını itirib. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir.
Qırğızıstan dövlət bayrağını dəyişdirir
Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib
Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək
Ekoloji qaydaların pozulması hallarının qarşısı alınıb
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq
Respublika fənn olimpiadaları keçiriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 85,77 dollara satılır
21 yaşlı nəvəsi tərəfindən bıçaqlanan baba aparıldığı xəstəxanada öldü
Serbiya prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlini qoyub
Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib
Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək
Ödənişli yolun Xaçmazdan keçən hissəsində qəza: 2 nəfər ölüb
Zaqatalada nəvə babasına bıçaqladı
SOCAR Özbəkistanda kimyəvi məhsullar istehsal edəcək
Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu gələn il qardaş ölkədə keçiriləcək
Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub
Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib
SOCAR-ın Türkmənistanda nümayəndəliyi açılıb
Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva
Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb
Milli Məclis Ermənistan parlamentinin spikerinin açıqlamasına münasibət bildirib
Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edib
"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib