logo

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

20:40 30-11-2022 | icon 707
Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat paylaşıb.

Ceyhun Bayramov qeyd edib ki, görüşdə iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub: “Hər zaman bir yerdə, bir millət iki dövlət”.