logo

İranın Ali Məhkəməsi 4  İsrail casusuna ölüm hökmü çııxarıb

18:33 30-11-2022 | icon 700
İranın Ali Məhkəməsi 4  İsrail casusuna ölüm hökmü çııxarıb

İranın Ali Məhkəməsi İsrailin xeyrinə casusluq və adam oğurluğu ittihamı ilə dörd nəfəri ölüm cəzasına məhkum edib.

 YeniAvropa "Mehr" agentliyinə istinadla xəbər verir ki, 2022-ci ilin iyun ayında İslam İnqilabı Keşikçiləri Korpusu İsraillə əlaqəsi olduğu iddia edilən cinayətkar qrupun üzvlərini həbs edib. İranın hakimiyyət orqanlarının məlumatına görə, həbs olunan cinayətkarlar şəxsi və ictimai əmlakı dağıdıb, insanları oğurlayıb və digər cinayətlər törədib.

Sonradan Ali Məhkəmə İsraillə “kəşfiyyat əməkdaşlığı” və adam oğurluğu ittihamı ilə dörd nəfər barəsində ölüm hökmü çıxarıb, üç nəfəri isə ölkənin təhlükəsizliyinə qarşı cinayətlər, adam oğurluğunda iştirak və qanunsuz silah saxlama maddələrinə əsasən beş ildən on ilədək azadlıqdan məhrum edib.