logo

Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya səfər edəcək

18:18 30-11-2022 | icon 1736
Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya işgüzar səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova qeyd edib ki, səfər çərçivəsində Moskvada, Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına dair kompleks məsələlər nəzərdən keçiriləcək.

“Həmçinin bir sıra aktual regional və beynəlxalq mövzuların ətraflı müzakirəsi planlaşdırılır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli, həmçinin cari ilin 31 oktyabr tarixli ali səviyyədə üçtərəfli bəyanatların icrasının müzakirəsinə xüsusi diqqət ayrılacaq. Bu müzakirələrin məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşdırılmasını təmin etməkdir”, - deyə M.Zaxarova bildirib