Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin 11 milyard 392,3 milyon manat olacağı nəzərdə tutulub.
YeniAvropa Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, qeyd edilən göstərici 2021-ci ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 0,1 faiz çox, 2022-ci ilin proqnoz göstəricisindən 204,8 milyon manat və ya 1,8 faiz az, gözlənilən icra göstəricisindən isə 994 milyon manat və ya 9,6 faiz çoxdur.