logo

Lənkəranda mərkəzi küçələrini su basıb

15:35 30-11-2022 | icon 1204
Lənkəranda mərkəzi küçələrini su basıb

Lənkəran şəhərində kanalizasiya sistemlərinin bərbad vəziyyətə düşməsi səbəbindən yağışdan sonra şəhərin bir neçə küçəsini su basıb.

 YeniAvropa xəbər verir ki, şəhərdə subasmalar daha çox Səttarxan, Zərifə Əliyeva və Tofiq İsmayılov küçələrində, eləcə də "Raypo" kimi tanınan yaşayış massivində qeydə alınıb. Kanalizasiya sistemləri yararsız hala düşdüyündən yağış suları uzun müddət ərazidə qalır və həmin küçələrdə piyada gəzmək müşkülə çevirilir.

Qeyd edək ki, hələ sovet dövründən belə Lənkəran şəhərində kanalizasiya sistemi qurulmadığından məişət tullantı sularə yolların kənarlarında çəkilən kiçik kanallar vasitəsi ilə şəhərin bütün ərazisi ilə axıdılaraq birbaşa Xəzər dənizinə tökülür.