logo

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

09:49 30-11-2022 | icon 1043
Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokansonla görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə tərəflər "Ştatla tərəfdaşlıq proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.