logo

Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib

09:09 30-11-2022 | icon 1057
Ceyhun Bayramov ATƏT-in XİN başçılarının iclasında iştirak üçün Polşaya səfər edib

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının(ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.