İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib
Prezident İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məhəmməd bin Abdullah Əl Qərqavi Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun salamlarını və xoş sözlərini dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və vitse-prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Məhəmməd bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirib, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini diqqətə çatdırıb. Qonaq ölkələrimizin aidiyyəti nazirlikləri və dövlət təşkilatları arasında da yaxın əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.
Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu deyən Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən biri olduğunu məmnunluqla qeyd etdi, bu sahədə əməkdaşlığın vacibliyini bildirdi.
Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin də dost və qardaş ölkə olaraq Azərbaycanı sevindirdiyini diqqətə çatdıran dövlət başçısı BƏƏ rəhbərliyi ilə dostluq münasibətlərini qeyd etdi və ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirildiyini deyən dövlətimizin başçısı bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd etdi.
Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışdı, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub