logo

Masallıda zəlzələ olub

09:05 29-11-2022 | icon 1673
Masallıda zəlzələ olub

Noyabrın 29-da Azərbaycanda zəlzələ qeydə alınıb.

YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.