logo

Gürcüstanla ekoloji sahədə əməkdaşlığımız uğurlu nəticələr verəcək-Muxtar Babayev

20:20 28-11-2022 | icon 1379
Gürcüstanla ekoloji sahədə əməkdaşlığımız uğurlu nəticələr verəcək-Muxtar Babayev

Azərbaycanla Gürcüstan arasında ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində çox səmərəli əməkdaşlıq var. Düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstana bu səfəri münasibətlərimizin inkişafında yeni səhifə açacaq və hər iki tərəf üçün faydalı olacaq.

YeniAvropa xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev KİV-ə müsahibəsində deyib .

Nazir bildirib ki, Azərbaycan nümayəndə heyəti Tbilisidə çoxsaylı, səmərəli görüşlər keçirib. Bu görüşlərdə milli parkların, təbii sərvətlərin, flora və faunanın mühafizəsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub və Anlaşma Memorandumu imzalanıb.

“İnanıram ki, imzalanan sənəd və danışıqlar zamanı əldə olunmuş razılıq ekoloji problemlərin həllində bizim üçün geniş imkanlar yaradacaq”,–deyə M.Babayev vurğulayıb.