logo

Azərbaycanda turizm sammiti keçiriləcək

16:16 28-11-2022 | icon 9744
Azərbaycanda turizm sammiti keçiriləcək

Dekabrın 8-də turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən(DTA) məlumat verilib.

Sammit Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektorun nümayəndələri iştirak edəcək.