logo

İlham Əliyev Naxçıvanın Dövlət Gömrük Komitəsni ləğv etdi

15:55 28-11-2022 | icon 1799
İlham Əliyev Naxçıvanın Dövlət Gömrük Komitəsni ləğv etdi

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı  prezident İlham Əliyev noyabrın 28-də  “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Fərmanla "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb.

Əsasnamənin 5.8-ci bəndindən “, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb.

Fərmana əsasən Naxçıvanda Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Bundan əlavə, Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.