logo

Ləğv edilən “Atabank"ın əmlakı açıq hərraca çıxarılır

12:32 28-11-2022 | icon 1932
Ləğv edilən “Atabank"ın əmlakı açıq hərraca çıxarılır

Dekabrın 7-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Atabank” ASC-nin daşınmaz və daşınar əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Xaçmaz rayonu, Heydər Əliyev prospekti, 33B ünvanında yerləşən qeyri-yaşayış binasından, eləcə də müxtəlif növ avadanlıq və əşyalardan gedir. Əmlaklara müvafiq olaraq 34 425 manat və 27 900 manat qiymət qoyulub.