logo

Faktiki hava: Şahdağa qar yağıb

10:10 27-11-2022 | icon 9450
Faktiki hava: Şahdağa qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 10, Şahbuz, Ağdərədə 9, Qaxda 8, Şəmkirdə 6, Şərurda 5, Zaqatala, Naxçıvan, Culfada 4, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3 millimetrədək olub.

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.