logo

Ceyhun Bayramov belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib

21:11 26-11-2022 | icon 1330
Ceyhun Bayramov belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında məlumat paylaşıb. Paylaşımda deyilir: “Belarus Respublikasının xarici işlər naziri V.V.Makeyin vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.