logo

Azərbaycanın Keniyada səfirliyi təsis edilib

17:57 26-11-2022 | icon 1176
Azərbaycanın Keniyada səfirliyi təsis edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyevin digər sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın Keniyada (Nayrobi şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb