logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50 26-11-2022 | icon 1239
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 54 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.