logo

Sertifikasiya imtahanlarında 12 minədək müəllim iştirak edib

16:56 25-11-2022 | icon 12362
Sertifikasiya imtahanlarında 12 minədək müəllim iştirak edib

Yay aylarında ibtidai sinif müəllimləri arasında sertifikasiya imtahanları keçirildi. Ümumilikdə 11 min 657 müəllim imtahanlarda iştirak edib.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, sertifikasiyada iştirak edən müəllimlərin 75 faizi uğur qazanıb və onların əməkhaqlarına əlavələr edilib: “İmtahanlarda 3163 nəfər 51 baldan yüksək nəticə göstərib. Onların əməkhaqlarına 831 manata qədər əlavələr edilib. 5624 nəfərin maaşı 686 manat civarındadır. Orta hesabla müəllimlərin əmək haqqına 200 manata qədər əlavə edilib”.