logo

Ermənilər Qarabağda Ordumuzun mövqelərini atəşə tutub

12:32 25-11-2022 | icon 1260
Ermənilər Qarabağda Ordumuzun mövqelərini atəşə tutub

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.