logo

Kəlbəcərin işğaldan azad olunmasından iki il ötür

10:10 25-11-2022 | icon 889
Kəlbəcərin işğaldan azad olunmasından iki il ötür

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür.

YeniAvropa xəbər verir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan və  Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.

Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.