logo

Şəmkir sakini Bakıda 4 terminalldan 10 min manat oğurladı və tutuldu

14:34 24-11-2022 | icon 938
Şəmkir sakini Bakıda 4 terminalldan 10 min manat oğurladı və tutuldu

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Binəqədi rayonunda 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.