Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42 faizi ötüb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, bu, bir ildə 12 faiz artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manata çatıb.