logo

Gədəbəydə atasını öldürən  şəxs tutulub

11:11 24-11-2022 | icon 1491
Gədəbəydə atasını öldürən  şəxs tutulub

Noyabrın 23-ü saat 01 radələrində Gədəbəy rayonunun Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla Vaqif Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Mehri Cəfərovaya bıçaqla daxilə nüfuz etməyən xəsarətlər yetirməsinə, həmin vaxt hadisə yerinə gəlmiş oğlu Asəf Cəfərovun onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Asəf Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.