logo

Qubada ötən ay itkin düşmüş kişinin meyiti tapılıb

09:29 24-11-2022 | icon 1449
Qubada ötən ay itkin düşmüş kişinin meyiti tapılıb

Cari il oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.