logo

Azərbaycan XİN-i İndoneziyaya başsağlığı verib

18:14 22-11-2022 | icon 924
Azərbaycan XİN-i İndoneziyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Qərbi Yava bölgəsində baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin rəsmi "Twitter" hesabında məlumat paylaşılıb.

“İndoneziyanın Qərbi Yava bölgəsində baş verən dağıdıcı zəlzələ bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin günlərdə dost və qardaş İndoneziyanın yanındadır”,-deyə paylaşımda qeyd edilib.