logo

"DÇ-2022"nin yayım hüququ yalnız İTV-yə məxsusdur?

15:35 22-11-2022 | icon 1512
"DÇ-2022"nin yayım hüququ yalnız İTV-yə məxsusdur?

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il noyabrın 20-dən Qətərdə başlayan futbol üzrə dünya çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur.

YeniAvropa xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq Audiovizual Şura bütün yerli telekanallar, kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb.

“Futbol üzrə dünya çempionatının oyunları keçirilən zaman TRT və “Matç TV”nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”, -deyə məlumatda qeyd olunub.