logo

İki rayonda sabah qqz olmayacaq

13:13 22-11-2022 | icon 1029
İki rayonda sabah qqz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Yaşma-Siyəzən” Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, noyabrın 23-ü saat 10:00-dan 17:00-dək “Yaşma-Siyəzən” MQK-dən qidalanan “Giləzi” QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən YeniAvropa-ya  bildirilib ki, təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcə də MQK-dən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.