logo

Azərbaycanda ədliyyənin yaranmasından 104 il ötür

09:09 22-11-2022 | icon 2072
Azərbaycanda ədliyyənin yaranmasından 104 il ötür

Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi tamam olur.

YeniAvropa xəbər verir ki, müasir Azərbaycan ədliyyəsinin yaranması-Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə-1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi şanlı tarixi inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.

Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycanda ədliyyə orqanlarının fəaliyyəti təkmilləşib, ölkədə yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.

Ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.