Audiovizual Şura üç kanala xəbərdarlıq edib
Noyabrın 21-də Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuraya daxil olan şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində "Space TV" və "MTV" redaksiyalarının (kanallarının) efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.
Şuradan YeniAvropa-ya bildirilib ki, "Space TV" redaksiyasının (kanalının) efirində 2022-ci il oktyabrın 12-13-də saat 12:00 – 14:45 arası yayımlanan "Gəl danış" və "MTV" redaksiyasının (kanalının) efirində oktyabrın 18-19-da saat 13:00 – 15:00 arası yayımlanan "Ümid ilə gəl" proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs tərəfindən həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədilib. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.
İclasda, həmçinin "ATV" redaksiyasının (kanalının) efirində cari il noyabrın 17-də "Media haqqında" Azərbaycan Respublikası Qanununun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub. Belə ki, saat 12:00 – 13:50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunub ki, bu, “Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.
Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş verib. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanunazid olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməmiş və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin "Space TV" redaksiyasına və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasına xəbərdarlıq edib.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub