logo

İşğaldan azad edilmiş ərazilərdə119 mina aşkarlanıb

14:34 21-11-2022 | icon 1120
İşğaldan azad edilmiş ərazilərdə119 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan YeniAvropa-ya bildirilib ki, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 358 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.