logo

Azərbaycan NATO PA-nın sessiyasında təmsil olunur

13:13 21-11-2022 | icon 1029
Azərbaycan NATO PA-nın sessiyasında təmsil olunur

İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının(PA) 68-ci sessiyası öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, sessiyada Alyansa üzv olan 30 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində Ukraynada vəziyyət, iyunun 28-30-da Madriddə keçirilmiş NATO-nun Zirvə toplantısında qəbul edilən yeni strateji konsepsiya, NATO-nun müdafiə və çəkindirmə siyasəti, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə edilir.

Sessiyada NATO-nun baş katibi Yens Stoltenberqin çıxışı nəzərdə tutulur. Tədbirdə Azərbaycanın NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər.