logo

Gələn il Zəngilan, Cəbrayıl və Qubadlıda yeni kəndlər salınacaq

12:37 21-11-2022 | icon 1071
Gələn il Zəngilan, Cəbrayıl və Qubadlıda yeni kəndlər salınacaq

Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərininin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynının bir hissəsi artıq hazırdır.

YeniAvropa xəbər verir ki, bu barədə Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib.

"Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır", - o qeyd edib.