logo

4500 nəfərdən az üzvü olan siyasi partiya ləğv ediləcək

11:44 21-11-2022 | icon 903
4500 nəfərdən az üzvü olan siyasi partiya ləğv ediləcək

Üzvlərinin sayı 4500-dən aşağı olan siyasi partiyalar ləğv edilə bilər.

YeniAvropa xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında öz əksini tapıb.

Layihəyə əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilər.